Rusiyada "Qafqaz-2020" belə başladı - VİDEO

SİYASƏT
16:59 / 21.09.2020
1306

Rusiyanın şimali və cənubi Qafqaz bölgələrində "Qafqaz-2020" təlimi başlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada "Qafqaz-2020"yə 80 min rus əsgəri, Belarus, Çin, Pakistan, Ermənistan və Myanmardan təxminən 1000 əsgərin qatıldığı qeyd olunub.

Rusiyanın cənubi və şimali Qafqaz bölgələrindəki Kapustin Yar, Aşuluk, Adanak və Prudboy poliqonlarında və Qara dəniz ilə Xəzər dənizinin sularında təşkil edilən təlimdə təxminən 60 hərbi təyyarə, 30 hərbi gəmi, 250 tank, 450 zirehli texnika, 200 top və raket atma sistemləri yer alıb.

Rusiya qoşunlarının ölkənin cənub-qərb hissəsində hərbi təhlükəsizliyi qorumaq qabiliyyətini ölçmək üçün həyata keçirilən təlim sentyabrın 26-dək davam edəcək.

 

3
Mediapost.az