ABŞ-ın Stateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatına görə Rusiyanın məşhur “Vaqner” muzdlularının ayaqlarının dəydiyi ölkələr içərisində Azərbaycan da var.
Mərkəzin iddiasına görə “Vaqner” muzdluları 2016-cı ildə Serbiya və İndoneziya ilə yanaşı Azərbaycanda da olublar.
“Vaqner” muzduları Suriyada, Liviyada, Donbasdakı savaşlarda iştirak edir, bəzi Afrika ölkələrində təhlükəsizliklə bağlı təlimlər keçirlər. Bundan baqşa “Vaqner” muzdlularının Belarusda prezident seçkisi öncəsində həbs olunmaları da böyük qalmaqala səbəb oldu.
Mövuzunu Yenisabah.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın “Vaqner” muzdlularına ehtiyacı yoxdur. Politoloqun fikrincə, Amerikan Araşdırma Mərkəzi Azərbaycanı Rusiyanın strateji müttəfiqi və “Vaqner”in Cənubi Qafqaz ölkələri içərisində gedə biləcəyi tək ölkə olan Ermənistanla səhv sala bilər. “Rusiya muzdlularının Dağlıq Qarabağda erməni separatçılarına təlim keçməsi də istisna deyil. Amerika Mərkəzi "Vaqner Azərbaycanda" deyərkən işğal altındakı əraziləri nəzərdə tuta bilərdi.
Hər nədirsə, Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin məsələyə aydınlıq gətirən açıqlamasına ehtiyac var. Fikrimcə, “Rusiyanın Azərbaycanda xəfiyyələri” adlı “hesabatla” eyni günlərdə “Vaqner 2016-cı ildə Azərbaycan olub” xəbərinin yayılması təsadüfə oxşamır. Aranı qatanlar var”, - deytə politoloq bildirib.