“Ermənistan rəhbərliyi bizi təxribata çəkir”

SİYASƏT
18:10 / 21.09.2020
1043

“Prezident İlham Əliyevin son çıxışından aydın olur ki, Azərbaycan tərəfi düşmənin bütün məkrli niyyətini və potensial hücum hədəflərini, hərəkət istiqamətlərini, güclü-zəif tərəflərini dəqiqliyi ilə bilir, ona uyğun da geniş əks-əməliyyat tədbirləri hazırlayıb”.

HİT.Az xəbər verir ki, bunu tədqiqatçı-jurnalist Elxan Şükürlü deyib. 

O, Azərbaycanda müharibə məsələsinə baxışda hakimiyyətlə xalq arasında həmrəylik olduğunu bildirib:

“Görünən odur ki, müharibədən başqa yolumuz qalmayıb. Ermənistan rəhbərliyi bizi təxribata çəkir, israrla hərbi əməliyyatlara başlamağımızı və Rusiyanın da fakt qarşısında qalıb bölgədəki maraqları naminə müdaxilə etməsini istəyir. Gəlin, bu gün Rusiyanın başladığı və əsas maraq zonası sayılan Xəzər dənizindəki qüvvələrini də cəlb etdiyi “Qafqaz-2020” hərbi təlimlərini diqqətlə izləyək”.

0