“Ermənistanın Azərbaycana qarşı hücumlarını şiddətlə qınayırıq”.
Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
İ.Kalın bildirib ki, Ermənistan mülki yaşayış məntəqələrinə hücum edərək, atəşkəsi pozub.
“Ermənistan bununla sülh və sabitliyə qarşı olduğunu bir daha göstərdi. Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribata dərhal "dur" deməlidir. Türkiyə Azərbaycanın yanındadır. Erməni təxribatı zamanı həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil, Türkiyənin tam dəstəyinə sahibdir”, - İ.Kalın bəyan edib.
Publika.az