"Ermənistan sülhə və barışa böyük əngəldir"
Real TV-nin Türkiyə bürosu təmas xəttində baş verən gərginliklə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə sual ünvanlayıb.
Türkiyə Xarici İşlər Nazirinin sözçüsü Hami Aksoy sualı cavablandırıb.
Cavabda deyilir:
"Bu səhər Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozduğunu öyrəndik. Qarşı tərəf Azərbaycan ordusunu və Tərtər bölgəsinin Qapanlı, Ağdam rayonunun Çıraqlı , Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayılın Cocuqmərcanlı yaşayış məntəqəsini atəşə tutub. Beynəlxalq hüququ açıq şəkildə pozan və mülki insan tələfatına səbəb olan erməni hücumunu qətiyyətlə pisləyirik. Bu hücumlarla Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha nümayiş etdirdi. Əlbəttə ki, Azərbaycan xalqını və ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə hüququndan istifadə edəcəkdir. Bu müddətdə Türkiyənin tək bir ürək olaraq Azərbaycana dəstəyi böyükdür. İstədiyi şəkildə Azərbaycanın yanında olacağıq. Beynəlxalq ictimaiyyəti salehlərin yanında olmağa dəvət edirik.
Bu münasibətlə şəhid olan azərbaycanlı qardaşlarımıza başsağlığı, Allahın mərhəmətini, yaralılara təcili şəfa və Can Azərbaycana başsağlığı veririk".