Ermənistanın müdafiə naziri kömək üçün Moskvaya uçdu

SİYASƏT
17:24 / 27.09.2020
1132

Bundan əvvəl bir sıra telegram kanallarında Ermənistan Müdafiə Nazirliyi rəhbərinin Dağlıq Qarabağdakı vəziyyətin ağırlaşması fonunda bazar günü Moskvaya uçduğu barədə məlumatlar yayılmışdı. Ermənistanın Rusiyadakı səfirliyi David Tonoyanın bazar günü Moskvaya mümkün səfəri barədə məlumatları təkzib edib.

Bu barədə RİA Novosti-yə diplomatik nümayəndəliyin müşaviri Edvard Jambazyan məlumat yayıb.

“Biz bu məlumatı təsdiqləmirik, səfirlik bunu təkzib etdi” deyib Jambazyan.

Dağlıq Qarabağın qondarma “başçısı” Araik Arutyunyan vəziyyətlə bağlı ermənilərə müraciət edib.

Ermənistanda isə ümumi səfərbərlik elan edilib və hərbi vəziyyət tətbiq edilib.

Haşiyə: Erməni nazirin Qarabağdakı vəziyyətin kəskinləşməsi fonunda təcili olaraq Rusiya paytaxtına uçaraq rəsmi Moskvadan kömək istəməsi ilk dəfə deyil.

 

3
konkret.az