“İnternetin məhdudlaşdırılması milli təhlükəsizlik üçündür”

SİYASƏT
13:55 / 27.09.2020
849

“İnternet şəbəkəsinin qismən məhdudlaşdırılması hamımızın təhlükəsizliyinə xidmət edir”

Hit.Az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında informasiya təhlükəsizliyi mütəxəssisi İbrahim Rüstəmli deyib.

Onun sözlərinə görə, internet şəbəkəsinin məhdudlaşdırılması hərbi əməliyyatlar gedən vaxtda təbii haldır:

“Buna böyük ehtiyac var. İnternetin məhdudlaşdırılması milli təhlükəsizlik üçündür. Əsaslı, əsassız, rəsmi, qeyri-rəsmi informasiya ötürülür. Bu cür informasiyaların ötürülməsi informasiya axınının xaotik xarakter səviyyəsinə kimi çıxarır. İnsanlar hansı informasiyanın doğru və yalan olmasını dəqiqləşdirməkdə çətinlik çəkirlər. Belə olduğu halda əhali arasında təşviş yaranır, əsası olmayan fikirlər formalaşır. Ona görə də hərbçi kimi bütün mülki vətəndaşlara üzümü tutub deyirəm ki, internet şəbəkəsinin qismən məhdudlaşdırılması hamımızın təhlükəsizliyinə xidmət edir. Bu, həm də düşmən təxribatlarına cavab vermək üçün keçirdiyi döyüş əməliyyatlarında iştirak edən əsgərlərimizin təhlükəsizliyinə də xidmət edir”.

Hərbi ekspert  bildirib ki, internet şəbəkəsinin məhdudlaşdırılması, Azərbaycanın milli maraqlarının təmin olunması üçün görülən işlərin yüksək səviyyədə həyata keçirilməsinə xidmət edir:

“Ona görə də bu, təşviş yaratmamalıdır. Bu gün mülki vətəndaşın bilməli olduqları qədər informasiya verilir. Yəni mülki vətəndaşın bu gün bilməli olduğu nədirsə, Müdafiə Nazirliyinin mətbuat xidməti hər birimizi rəsmi açıqlamalar ilə təmin edir”.

0