ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanat yayıb.
ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda həmsədrlər tərəflərə hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin davamlı həll yollarını tapmaq üçün danışıqları bərpa etməyə çağırırlar.
Bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlara dair xəbərlərdən narahatlıq ifadə olunub.
"Biz güc tətbiqini qınayır və mülki şəxslər də daxil olmaqla insan itkisindən təəssüfümüzü bildiririk. Həmsədrlər tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırır və münaqişəsinin sülh yolu ilə həllinə alternativ olmadığını bəyan edirlər”.