“İşğalda olan torpaqlarımız kənd-kənd azad olunacaq”

20:17 / 27.09.2020
920

“Ermənistanın son hərbi təxribatları məqsədlidir. 1993-cü ildə Dağlıq Qarabağ və ətraf rayonlar işğal edildikdən sonra ermənilərdə bir cəzasızlıq sindromu, bir arxayınlıq yaranmışdı. Onlar beynəlxalq qurumların qərar və qənnamələrinə əməl etmirdirlər, işğalın daimi olacağını düşünürdülər. Dişlərində necə deyərlər “şirə qalıb”. Hesab edirlər ki, yeni torpaqlar işğal edəcəklər”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Milli Məclisin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, ermənilər istəyir ki, Qarabağın işğalını unudaq. Bundan başqa düşmən Azərbaycanın qərb bölgəsində yerləşən beynəlxalq kommunikasiya layihələrinə zərbə vurmaq istəyir:

“Azərbaycanın qərb bölgəsində yerləşən beynəlxalq kəmərlərdə onların gözü var. Ermənistanın arxasında duran qüvvələrin də hədəfi həmin layihədir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin biri məqsədi də diqqəti hazırda ölkədə yaranmış vəziyyətdən yayındırmaqdır. Ermənistan iqtisadi böhran hökm sürür. Ölkə iqtisadi fəlakətə doğru gedir. Bu isə Baş nazir Nikol Paşinyanın hakimiyyətinə təhlükə yaradır. Azərbaycana qarşı hərbi təxribatlara əl atmaqla siyasi böhrandan yan keçmək istəyirlər”.

VHP sədrinin fikrincə, Ermənistanın hərbi siyasi rəhbərliyi istəyinə nail ola bilməyib:

“Onlar hesab edirdi ki, yenə hansı ərazini işğal edəcəklər, kimsə də onlara gözün üstdə qaşın var deməyəcək. Cəzasız qalacaqlar, yeni topraqlar əldə edəcəklər. Lakin Azərbaycan ordusunun peşəkar və qətiyyətli davranışı onlarn niyyətini puç etdi. Ermənilər bilsin ki, işğalda olan torpaqlarımız kənd-kənd azad olunacaq”.

Millət vəkili erməni silahlı qüvvələrinin Azərbaycanın cəbhəyanı dinc əhalisinə qarşı aqressiv davranışını da pisləyib:

“Erməni xisləti deyilən bir şey var. Onlar heç bir müharibə qanunlarına əməl etmirlər. Bu, 90-larda da belə olub, indi də belədi. Azərbaycan Prezidenti də son vaxtlar çıxışlarında qeyd edir ki, bu, erməni faşizmidir. Alman faşizmi vardı, məhv oldu getdi, indi Almaniya demokratik dövlətdir.

Erməni faşizmi isə davam edir. Dövlət başçısı bunu müxtəlif beynəlxalq təşkilatlarda da vurğulayıb. Milli, dini mənsubiyyətə görə soyqırım törətmək erməninin dəyişməz xislətidir. O zaman çar Rusiyasına söykənib Qafqazda soyqırım həyata keçirirdilər.

İndi də bu siyasət davam edir. Erməni üçün müqəddəs heç nə yoxdu. Onlar üçün ana-ana, ağsaqqal, ağbirçək, qadın, uşaq yoxdur. Hətta ziyalılar belə deyirdi ki, Xocalını ona görə qırdıq ki, Azərbaycanın gözünü qıraq. Müharibənin öz şərtləri var, ancaq Xocalıda görmüşük ki, ermənilər üçün bu şərtlər mövcud deyil. Hədəflərinəçatmaq üçün bütün iyrənc vasitələrə əl atırlar”.

0