ABŞ Heritage Fondunun Beynəlxalq Əlaqələr üzrə direktoru Luke Coffey öz "Twitter"hesabında cəbhədə baş verənlərlə bağlı bəyanat yayıb.
O bildirib ki, "Erməni silahlı qüvvələri və onların dəstəklədiyi silahlı qruplar Azərbaycanın 20% torpaqlarını - Dağlıq Qarabağ və bundan əlavə olaraq Ağdam, Fizuli, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanı işğalda saxlayır.
Görünən budur ki, bu vəziyyət artıq dəyişəcək."
Məlumat üçün bildirək ki, hal-hazırda Heritage Fondu dünyanın ən nüfuzlu düşüncə mərkəzidir. Bu fond Tramp Administrasiyası üzərində böyük nüfuza malikdir və verdiyi təkliflərin 80 faizi indiki ABŞ höküməti tərəfindən gerçəkləşdirilib.
Sfera.az