Dünəndən bəri Ermənistan ordusunun ciddi itkilər verməsi ölkədə xaotik vəziyyət yaradıb.
"MediaPost" xəbər verir ki, erməni əhalisi ölüm sayının çoxalması səbəbilə hökumətə ciddi etirazlarını bildirir.
Məlum olduğu kimi, Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib. Nəticədə düşmən tərəfin hərbçiləri məhv edilmiş əsgər yoldaşlarını döyüş meydanında qoyaraq qaçır.
Sosial medianın Ermənistan seqmentində bununla bağlı narazılıqlar durmadan artır.
Leonid Kandarchyan adlı istifadəçi bu barədə yazır:
“Erməni hərbçiləri ölən əsgərlərin meyitlərini qoyub qaçırlar. Bütün bu hərbçilərin ölümünün məsuliyyəti Ermənistanın hərbi və siyasi rəhbərliyindədir”.