İrəvanın Bakının muzdluları cəlb etməsi ilə bağlı ittihamları əsassızdır.
HİT.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “RİA Novosti”yə bildirib.
“Azərbaycan tərəfindən muzdluların cəlb edilməsi ilə bağlı Ermənistanın ittihamları tamamilə əsassızdır. Eyni zamanda bildiririk ki, Ermənistanın İraqdakı səfiri, Ermənistanın İdlib şəhərindəki baş konsulu muzdluların Ermənistan tərəfinə cəlb etməkdə kifayət qədər fəal olub”, - deyə o bildirib.
Azərbaycanın Xarici İşlər naziri Türkiyənin Ermənistanla münaqişəyə müdaxiləsinin olması ilə bağlı iddiaya münasibət bildirib:
“Türkiyənin heç bir müdaxiləsi yoxdur. Söhbət Türkiyə ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıqdan gedirsə, o zaman deməliyəm ki, Azərbaycan bir sıra ölkələrlə, hətta daha çox Rusiya ilə hərbi-texniki əməkdaşlıq edir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi silahlara baxsanız əksəriyyətinin Rusiyanın olduğunu görərsiniz”, - deyə o bildirib.
Ceyhun Bayramov Türkiyə ilə mütəmadi olan birgə təlimlərin planlı xarakter daşıdığını və konkret bir ölkəyə qarşı yönəlmədiyini bəyan edib.
“Ötən il Azərbaycan ərazisində 10-dan çox belə təlim olub. Əsas məqsəd döyüş hazırlığını artırmaqdır. Ancaq Azərbaycanın digər ölkələrlə keçirdiyi