“Ermənistan yenidən azərbaycanlıların suverenliyini pozur. İnanıram ki, bu münaqişə sülh danışıqları yolu ilə bitəcək”.
Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın bu sözləri TRT World telekanalına verdiyi müsahibədə söyləyib.
İ.Kalın qeyd edib ki, Ermənistan sülhün bərqərar olmasında maraqlı tərəf deyil və əksinə, Azərbaycan torpaqlarında təcavüzkar siyasətini davam etdirir:
“Bu işğal dayandırılmalıdır. Hamı bilir ki, həll yolu nədən ibarətdir”.
R.T.Ərdoğanın müşaviri ATƏT-in Minsk Qrupunun fəaliyyətindən danışıb və bir daha Türkiyənin mövqeyini bəyan edib:
“ATƏT-in Minsk Qrupu Ermənistana təzyiq edir ki, beynəlxalq hüquq norma və prinsiplərinin pozuntusunu dayandırsın. Biz Ermənistan və ya digər bir ölkənin Azərbaycana qarşı hücumunun əleyhinəyik və hər zaman Azərbaycan xalqının və Azərbaycan hökumətinin yanındayıq”.
Armenia must end the occupation of Nagorno-Karabakh. That’s the only way for peace, security and stability in the region. pic.twitter.com/4hoyBPMRux
— Ibrahim Kalin (@ikalin1) September 28, 2020