İrəvan bu ölkələrdən dəstək alır – Türkiyədən baxış

SİYASƏT
09:29 / 29.09.2020
2253

Ermənistanın hazırkı təxribatı təsadüfi deyil.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Yenidən Rifah Partiyası bəyanat yayıb.

“Ermənistan bu hücumlarla Azərbaycanın müstəqilliyinə xələl gətirir. Azərbaycan ermənilərin hücumlarına qarşı sadəcə özünümüdafiə haqqından istifadə edir. Eyni zamanda, bu kimi hücumlar regional sülhü təhlükəyə atacaq addımlardan sayılır. Qeyd etməliyik ki, İrəvanın xüsusilə ABŞ, Fransa və Rusiyanın gizli dəstəyini almadan təkbaşına genişmiqyaslı hücuma keçməsi mümkün görünmür.

Yenidən Rifah Partiyası olaraq Ermənistanın birtərəfli hücumlarını şiddətlə qınayırıq, dost və qardaş Azərbaycanın haqlı məsələsində hər zaman yanındayıq”, - bəyanatda bildirilib.

0