“Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”.
HİT.Az xəbər verir ki, MN-in Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
O bildirib ki, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb:
“Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir”.