Qənirə Paşayeva KİVDF rəhbəri ilə müzakirələr apardı

SİYASƏT
20:15 / 20.05.2020
1506

Millət vəkli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Əhməd İsmayılovla görüşüb.


Millət vəkili Turkustan.info-ya açıqlamasında bildirib ki, görüşdə ölkə mediasının ümumi vəziyyəti və həyata keçiriləcək önəmli layihələr haqqında geniş müzakirələr aparılıb. Həmçinin, kütləvi informasiya vasitələri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, müasir çağırışlara cavab verən qanunvericilik bazasının yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb: “Yeni təyin olunan Fond rəhbəri Əhməd İsmayılova yeni fəaliyyətində uğurlar arzıladıq. Həmçinin, Milli Məclisin Mədəniyyət komitəsi olaraq hər zaman KİV-in inkişafına xidmət edən önəmli layihələrə dəstəyimizi ifadə etdik”.

0