“Azərbaycan 30 ilə yaxındır dünya ictimaiyyətindən Ermənistanın işğal etdiyi ərazilərin sülh yolu ilə azad olunması, milyonlarla insanın öz doğma evlərinə qaytarılmasını xahiş edir. Lakin nədənsə dünya ictimaiyyəti “kar” olub”.
HİT.Az Report-a istinadən xəbər verir ki, bunu gürcü tarixçi, Suxum Dövlət Universitetinin professoru Quram Marxuliya deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi atəşkəsi mütəmadi pozub, təxribata və həyasızlıqlara əl atıb: “Buna görə də Azərbaycan xalqının səbri tükənib. Azərbaycanı ədalətli və azadlıq müharibəsində dəstəkləyirəm”.