"Ermənistan qoşunları Qarabağın işğal olunmuş ərazisini tərk etməlidir".
HİT.Az-ın APA-ya istinadən məlumatına görə, bunu İran parlamentinin Təbrizdən olan nümayəndəsi Ruhullah Mütəfəkkirazad deyib.
"Biz həmişə məzlumu müdafiə etməyi haqq hesab edirik və onu müdafiə edirik. Ölkələrin ərazi bütövlüyü və müstəqilliyi qorunmalıdır", - deyə iranlı parlament nümayəndəsi bildirib.
İran parlamentinin deputatlarının Qarabağda baş verən prosesləri diqqətlə izlədiyini deyən R.Mütəfəkkirazad bildirib ki, Ermənistan BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən Qarabağın işğal olunmuş ərazilərini tərk etməlidir və münaqişə tərəfləri müharibəni dayandırmalıdır.
O, regiondan kənar qüvvələrin müdaxiləsinin bölgənin təhlükəsizliyi üçün təhlükə olması ilə bağlı xəbərdarlıq edib və regiondan kənar qüvvələrin bölgədən çıxarılmasını istəyib.