Ermənistan Müdafiə Nazirliyi yeni itkilərin olduğunu açıqlayıb.
Bu barədə işğalçı Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan brifinqdə bildirib.
“Çoxsaylı itkilərimiz var. Məlumat veriləcək”, - deyə o, qeyd edib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi düşmən qruplaşmasının mühasirəyə alındığı barədə məlumat yayıb: "Cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilir".
“Qafqazinfo”