İrandan Ermənistana silah daşınıb – Səfir

SİYASƏT
19:18 / 30.09.2020
1259

Prezident İlham Əliyevin də dediyi kimi, Türkiyə müharibənin tərəfi deyil.

Bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “Haber7” saytına açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan güclü dövlətdir:

“Azərbaycan Cənubi Qafqazda ən güclü orduya sahibdir. İqtisadi cəhətdən də bölgənin ən güclü dövlətidir. Biz bu nöqtədə işğala qarşı çıxmaq üçün əməliyyat keçiririk. Qardaş Türkiyənin də bizə mənəvi cəhətdən dəstək olmasından çox şadıq”.

İranın Ermənistana dəstək verməsi ilə bağlı məlumatlara münasibət bildirən səfir qeyd edib ki, bu barədə müxtəlif xəbərlər mövcuddur:

“Son iki ayda İran üzərindən Ermənistana hərbi və yük təyyarələri gedib. Mətbuatda da gördük ki, bu ölkənin sərhədindən Ermənistana silah və hərbi texnika daşınıb. Bəzi İran rəsmiləri bunu bəyan etdilər. Burda ən vacib nöqtə isə budur: İran Azərbaycan üçün qonşu və dost ölkədir. İnanırıq ki, İran tərəfi Ermənistanın hücumlarına, işğalçı mövqeyinə qarşı reaksiya verəcək”.

1
Axar.az