Azərbaycanda bir rayonda səkkiz müəllim koronavirusa yoluxdu - RƏSMİ

SİYASƏT
21:52 / 30.09.2020
941

“Məktəb daxilində koronavirusa kütləvi yoluxma qeydə alınmayıb”.

Bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, şagirdlər arasında yalnız ailədaxili yoluxmalar mövcuddur:

“Son 15 gün ərzində bir sinifdə şagirdlər arasında yoluxma yoxdur. Təəssüf ki, müəllimlər arasında yoluxanlar var”.

“Qubada səkkiz müəllim yoluxub. Sumqayıtdan Qubaya qayıdan müəllim digərlərini yoluxdurub”, - deyə nazir qeyd edib.

0
Oxu.az