Operativ Qərargah ölkədəki yoluxma prosesinə, statistikaya baxıb.
HİT.AZ-ın xəbərinə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, müşahidələr əsasında xüsusi karantin rejimində sərtləşməyə ehtiyac olmadığı nəticəsinə gəlinib: "Bəli, bir sıra ölkələrdə karantin rejimində sərtləşdirmələr olsa da, ölkə ərazisində buna ehtiyac yoxdur. Lakin karantin rejiminin ləğv olunması müzakirə mövzusu deyil. Yaxın günlərdə bununla bağlı məlumat veriləcək".