"Azərbaycanın Dağlıq Qarabağ məsələsində Türkiyə daxil olmaqla başqa bir ölkənin dəstəyinə ehtiyacı yoxdur".
HİT.Az xəbər verir ki, bunun Türkiyə Böyük Millət Məclisi sədri Mustafa Şentop qatıldığı canlı yayımda bildirib.
O, açıqlamasında "Azərbaycan köməyə ehtiyac olmadan bunları edə biləcək güc və qüdrətə sahibdir. İndi Ermənistanın qarşısında 1990-cı illərdəki Azərbaycan yoxdur. Həm iqtisadi, həm hərbi baxımdan güclü olan bir ölkədir Azərbaycan. "Tək millət-İki dövlət" sadəcə bir sloqan deyil. Bu prinsipin həm bölgədə, həm də istənilən münasibətdə qarşılığı var" - deyə qeyd edib.