Baş konsul: Azərbaycan danışıqlara hazırdır, amma öz şərtləri ilə

SİYASƏT
20:05 / 01.10.2020
1455

Azərbaycan danışıqlara hazırdır, amma bu dəfə öz şərtləri ilə, çünki 30 il səbrlə gözləmiş xalq artıq öz ərazilərini qaytarmalıdır. Bu, əcdadların torpağıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərov deyib. O bildirib ki, danışıqlar prosesi 30 ilə yaxındır ki, davam edir: "Yerevana çoxlu sayda müraciətlər olub. Amma Ermənistanın bugünkü rəhbərliyi hakimiyyətə gəldikdən sonra bu dialoqu, təəssüf ki, davam etdirmək mümkün olmadı”.

Konsul xatırladıb ki, sentyabrın 27-də səhər saatlarında növbəti dəfə sərhədyanı ərazilərin bombalanması başlayıb:

"Bu vəziyyətdə səbr etmək mümkün deyil, dinc sakinlər həlak olur. Biz hər ay insanları itiririk, müntəzəm olaraq erməni snayperlərinin atəşi nəticəsində insanlar ölür. Buna cavab olaraq bizimkilər atəş açır”.

0