"Biz ədalətli həll yolunun tapılmasını, atəşkəsi və hər iki ölkənin bu gərginliyə son verməsini dəstəkləyirik".
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya BMT-nin qərargahında keçirilən mətbuat konfransında söyləyib.
O, açıqlamasında "Türkiyə açıq şəkildə Azərbaycanı dəstəkləyir, bunu bilirik. Amma bu, o demək deyil ki, biz qarşı tərəfdəyik və Ermənistanı Azərbaycana qarşı dəstəkləyirik. Bu, belə deyil. Biz ədalətli nizamlanma ilə atəşkəsin tərəfdarıyıq və hərbi əməliyyatların dayandırılmasını dəstəkləyirik" - deyə qeyd edib.
Nebenziya baş verənlərlə bağlı narahatlığını dilə gətirib: "Dağlıq Qarabağdakı problem bizi olduqca narahat edir. Amma bu, hadisələrin sərhədimizə çox yaxın olmasından qaynaqlanmır. Rəsmi Moskva hər iki ölkə ilə xüsusi əlaqələri olduğuna görə narahatdır. Hər şeydən əvvəl hərbi əməliyyatları dərhal dayandırmaq və müzakirə masasına qayıtmaq lazımdır. Biz vasitəçi olmağı təklif etdik. Xarici İşlər naziri Sergey Lavrov da tərəflərə Moskvada görüşməyi təklif edib".