Ermənilər mülki şəxslərinin vurulması ilə bağlı iddialarını özləri ifşa edib.
HİT.Az-ın Trend-ə istinadən məlumatına görə, Ermənistan hərbçiləri mülki şəxsləri qəsdən döyüş bölgəsinə cəlb edərək Azərbaycan Silahlı Qüvvələrinin guya mülki şəxslərə atəş açdığını iddia edir.
Erməni mediasının kadrlarından aydın görünür ki, ermənilər artıq mülki şəxsləri döyüşlərə cəlb ediblər. Azərbaycan ordusu belə atəş nöqtələrini darmadağın edəndə də, erməni aqitpropu bunu Azərbaycanın mülki əhaliyə qarşı həmləsi kimi qələmə verirlər. Artıq Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən düşmən indi bu cür hiyləgərliyə əl ataraq Azərbaycan Ordusunu ittiham etmək istəyir.
Erməni mediası isə istəməyərək də olsa, onların əsl üzünü ortaya çıxarıb.