Bir həftədə düşmənin məhv edilən texnikası - SİYAHI

SİYASƏT
00:24 / 03.10.2020
2629

Son 24 saat ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Hit.Az-ın verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 230-dək tank və digər zirehli texnika;

- 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 38 ədəd hava hücumundan müdafiə vasitələri;

- 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 7 silah-sursat anbarı;

- 130-dan artıq avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.

0