ABŞ rəsmisi Türkiyəyə gedir - Qarabağ danışıqları

SİYASƏT
11:20 / 03.10.2020
920

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker Qafqazdakı vəziyyəti müzakirə etmək üçün Türkiyəyə səfər edəcək.

Bu barədə Dövlət Departamentinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ rəsmisi oktyabrın 3-dən 5-dək Ankara və İstanbulda səfərdə olacaq.

Məlumata görə, səfər müddətində Riker türkiyəli rəsmilərlə ABŞ-ın NATO müttəfiqi ilə əlaqələrinin inkişafı, o cümlədən Şərqi Aralıq dənizi və Qafqazdakı vəziyyəti (söhbət Qarabağdakı vəziyyətdən gedir) müzakirə edəcək.

Səfərin gündəliyi barədə əlavə məlumat verilməyib.

0
virtualaz.org