“Erməni təbliğat maşını gülünc şəkildə hər an hər yerdə Türkiyədən kimisə görməyə çalışır”.
HİT.Az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tWitter hesabında açıqlama verib.
“Erməni təbliğat maşını gülünc şəkildə hər an hər yerdə Türkiyədən kimisə görməyə çalışır. Azərbaycanın Gəncə şəhərinə raketlərlə hücum etdikdən sonra, birgə təlim keçmiş Azərbaycan mülki müdafiə qüvvələrini “Türkiyə qüvvələri” kimi təsvir edirlər”,-deyə Hikmət Hacıyev qeyd edib.