Sekuta: "Ermənistanın Gəncəyə hücumu münaqişəni daha da böyüdür"

SİYASƏT
00:22 / 05.10.2020
984

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta Ermənistan silahlı qüvvələrinin Gəncəyə hücumunu pisləyib.

APA-nın xəbərinə görə, bu barədə R. Sekuta "Twitter"də bildirib.

“Ermənistanın bu gün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücumu Dağlıq Qarabağdan çox uzaqdır və münaqişəni daha da böyüdür. Ermənistan həm də Avrasiya üzərindən Rusiya və İran ərazisindən keçməyən yeganə quru nəqliyyat marşrutu və hava dəhlizinə hücum edir”, - R. Sekuta qeyd edib.

0