"Ermənistanın ağlını başına yığması üçün sülhə məcburetmə davam etməlidir”

SİYASƏT
01:11 / 05.10.2020
1238

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Azərbaycanın mühüm mülki infrastrukturunu məqsədli şəkildə hədəf almasının daha bir sübutu barədə özünün “Twitter” hesabında paylaşım edib.

Hit.Az xəbər verir ki, Mingəçevirdə enerji blokunun yaxınlığına düşən raketin fotolarını paylaşan Hikmət Hacıyev onun partlamadığını qeyd edərək bildirib:

“Ermənistanın ağlını başına yığması və məsuliyyətini dərk etməsi üçün sülhə məcburetmə davam etməlidir”.

0