Qarabağ ermənilərinin baş keşişi müharibəni uduzduqlarını ETİRAF EDİR

SİYASƏT
13:40 / 05.10.2020
4845

Qarabağın erməni kilsəsinin baş keşişi arxiyepiskop Parqev Martirosyan “Sputnik Armenia” agentliyinə müsahibəsində indiki müharibənin 90-cı illərdə gedən müharibədən çox fərqləndiyini deyib. Və ermənilərin vəziyyətinin yaxşı olmadığını etiraf edib.

Martirosyan bildirib ki, onun fikrincə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyx Allahşükür Paşazadə də sülh arzulayır və bu təbiidir. Amma indi məsələni əllərində güc və təsir vasitələri cəmləyən siyasi elitalar həll edir.

Keşişin sözlərinə görə, indiki müharibə 90-cı illərdəki müharibədən çox fərqlənir. “Rəqibin hərbi arsenalı zəngindir, onlar çox dəqiq vurur”,-o bildirib.

3
Virtualaz.org