İran: "Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir"

SİYASƏT
19:00 / 05.10.2020
734

İran Daxili İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Dağlıq Qarabağdakı münaqişlərlə bağlı açıqlama verib.

O, nazirliyin binasında keçirilən mətbuat konfransında verilən sualları cavablandırıb. 

Xətibzadə İrandan Ermənistana silah göndərilmədiyini söyləyib: "İran Ermənistanın tranzit yoludur. Bu yoldan Ermənistan xalqına və hökumətinə yalnız mehriban qonşuluq münasibətləri çərçivəsində humanitar malların ötürülməsi üçün istifadə edilməsinə sadiq qalırıq. Hərbi maşınların heç bir şəkildə keçməsinə icazə verilmir və verilməyəcək. Bunun İranın əsas siyasətinə zidd bir tərəfi yoxdur".

Ermənistana Dağlıq Qarabağdakı işğala son verməsi üçün çağırış edən Səid "İran problemin müvəqqəti deyil, daimi şəkildə həll olunmasını istəyir. İllərdir davam edən bu problemin həlli Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi və hərbi qüvvələrin işğal edilən şəhərlərdən çıxarılmasına bağlıdır. Siyasi müzakirələr qısa müddətdə başlamalı və hərbi əməliyyatlar dayandırılmalıdır", - deyə qeyd edib. 

Sözçü iranın bölgədəki vəziyyəti diqqətlə izlədiyini vurğulayıb: 

"İran Qarabağdakı münaqişənin həll edilməsi üçün bir layihə hazırlayıb. Münaqişə tərəfləri bu məsələni bölgədəki ölkələrlə və qonşularla məsləhətləşərək həll edəcəklər. Bu yanğının ən qısa zamanda sönməsi üçün hamımız kömək etməliyik və daha çox mülki vətəndaşın ölməsinə icazə verməməliyik. İran öz torpaqlarına edilən hücumlara da göz yummaz". 

0
Mediapost.az