“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır” - Hulusi Akar

SİYASƏT
16:00 / 05.10.2020
956

“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”.

HİT.Az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Ermənistan terror təşkilatları ilə əməkdaşlığa son qoymalı, muzdlu əsgərləri və terrorçuları regiondan çıxarmalıdır”, - deyə türkiyəli nazir vurğulayıb.

H. Akar qeyd edib ki, günahsız mülki əhalini açıq şəkildə hədəf seçən Ermənistan hakimiyyəti bəşəriyyət qarşısında cavab verəcək.

0