Ermənistan qatil dövlətdir.
Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
"Türkiyə olaraq canımız və qanımızla Azərbaycanın yanındayıq. Ermənistan Azərbaycana qarşı hərbi cinayətlər törətməkdədir. Ermənistan işğal etdiyi torpaqları dərhal tərk etməlidir", - deyə MHP lideri bildirib.
Dövlət Baxçalı Ermənistan-Azərbaycan münaqişəsi zonasında indiki şəraitdə dialoqa və atəşin dayandırılmasına çağırışları tələ adlandırıb: “Bu cür bəyanatların müəllifləri Azərbaycanı aldatmağa, işğalın tanınmasına nail olmağa çalışırlar. Döyüş meydanında qələbə siyasi nizamlanmanın və işğalçı ölkənin güzəştlərinin rəhni olacaqdır. Erməni dəstələri ya Azərbaycanı tərk edəcək, ya da məhv ediləcəklər”.
Virtualaz.org