BMT-nin sabiq Baş katibi Butros Butros-Qalinin xanımı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.
Hit.Az-ın xəbərinə görə, məktubda deyilir:
"Zati-aliləri cənab Prezident. Azərbaycan xalqı ilə həmrəy olduğumu bildirir, mərhum Butros Butros-Qalinin Azərbaycana səfərini, Prezident Heydər Əliyevlə görüşlərini və onun sülhün təşviq olunması istiqamətindəki səylərini xatırlayıram. O, Azərbaycanı və Prezident Heydər Əliyevi çox sevirdi".