Atəşkəs elan edildikdən sonra da Ermənistan atəşkəs rejimini pozmaqda davam edir. Azərbaycan Ermənistana cavab verməkdədir.
Bunu Azərbaycan Prezidentinin xarici işlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, bu gün müvəqqəti atəşkəsin qüvvəyə minməsindən sonra da Ermənistanın Azərbaycanın mövqelərinə və mülki şəxslərə hücumu davam edir. Bu da Ermənistanın riyakarlığını göstərir. Azərbaycan Silahlı Qüvvələri də təxribatlara cavab verir:
"Son bir il ərzində baş verən proseslər onu göstərdi ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində maraqlı deyil".
Prezidentin köməkçisi bildirib ki, Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüzü hələ də davam edir:
"Müvəqqəti atəşkəsdən sonra bu gün də Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı atəşə tutması davam edir. Azərbaycan silahlı qüvvələri də özünü müdafiə üçün bu cür təxribatlara cavab vermək məcburiyyətindədir.
Son bir il ərzində baş verən proseslər onu göstərdi ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində maraqlı deyil. Onlar Azərbaycan torpaqlarını ilhaq etməkdə maraqlıdırlar".