"Həmsədr ölkələrin tərkibində hər hansısa bir dəyişiklik nəzərdə tutulmayıb. bütün həmsədr ölkələrlə sıx işləməliyik".
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən brifinqdə səsləndirib. Fransanın son günlərdə bitərəf və qərəzli mövqe nümayiş etdirməsinə münasibət bildirən nazir Azərbaycanın öz etirazını bu ölkəyə çatdırdığını vurğulayıb:
"Dialoqdan qaçmaq lazım deyil. Əminik ki ədalətli sözü nə qədər çatdırmaq çətin olsa da bunu etmək mümkündür".
Rusiyanın mövqeyinə gəldikdə isə nazir bildirib ki, Moskva balanslaşdırılmış münasibət sərgiləyir və öz neytral mövqeyini qoruyub saxlayır.
Azərbaycan Prezidentinin xarici işlər üzrə köməkçisi Hikmət Hacıyev isə hazırda Minsk Qrupunun formatının dəyişdirilməsindən çox iş prosesindəki dəyişikliyin gündəmdə olduğunu diqqətə çatdırıb. O, Qrupda 11 ölkənin olduğunu, lakin bəzilərinin aktiv rol oynamadıqlarını bildirib. Əlavə edib ki, vaxtında adekvat cavabın verilməməsi bugünkü gərginliyin yaranmasına gətirib çıxarıb.