“Humanitar yardım adı altında mülki aviaşirkətlər vasitəsilə Ermənistan yeni “Smerç” raketləri alıb”.
HİT.Az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev öz twitter hesabında yazıb.
O qeyd edib ki, Ermənistan bu silahları dərhal Mingəçevirdə mülki əhaliyə və enerji infrastrukturuna qarşı istifadə etdi: “Sivil dünya ilə Ermənistan arasındakı boşluğa baxın”.