"Gəncəyə hücumu Ermənistan rəhbərliyi tapşırıb" - Baş prokuror

SİYASƏT
15:04 / 11.10.2020
1922

“Ermənistanın hərbi-siyasi rəhbərliyinin insanlıq əleyhinə törətdikləri bu cinayətə görə məsuliyyətə cəlb edilməsi təmin ediləcək”.

Bunu Gəncə Şəhər Prokurorluğunda keçirilən brifinqdə Baş Prokuror Kamran Əliyev bildirib.

“Ermənistanın hərbi –siyasi rəhbərliyinin tapşırığı ilə gecə saat 02:00 radələrində döyüş bölgəsindən 100 km-dən kənarda yerləşən Gəncə şəhəri raket atəşinə məruz qalıb. Nəticədə 9 nəfər həlak olub, 30-dan artıq yaralı var. Mülki infrastruktura ziyan dəyib.

Tərəfimizdən Cinayət Məcəlləsinin terror aktı və müharibə cinayətləri ilə bağlı müvafiq maddələriylə cinayət işi açılıb, istintaq tədbirləri həyata keçirilir.

Sizi əmin edirəm ki, tərəfimizdən bütün zəruri tədbirlər görüləcək.” -, deyə Baş Prokuror bildirib.

1