Beynəlxalq təşkilatların rəhbərləri Gəncə və Mingəçevirə aparılır

SİYASƏT
10:13 / 12.10.2020
931

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizdə olan diplomatik qurumların və beynəlxalq təşkilatların rəhbər və nümayəndəliklərinin Gəncə və Mingəçevirə aparıldığını bildirib.

HİT.Az xəbər verir ki, Hikmət Hacıyev bu barədə öz tvitter hesabında məlumat verib. O əlavə edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik korpusları, səfirləri, nümayəndə heyətlərinin rəhbərlərini, hərbi attaşelərini, beynəlxalq təşkilatların rəhbərlərini Ermənistanın günahsız mülki insanlara və kritik enerji infrastrukturuna etdiyi raket hücumlarının cinayət səhnələrinə baxmaq üçün sözügedən şəhərlərə aparır.

0