Bu istiqamətdə gərgin döyüşlərin getməsi xəbəri dezinformasiyadır - MN

SİYASƏT
11:46 / 12.10.2020
1893

Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır.

HİT.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir.

0