Ermənistanın Baş naziri Nikol Paşinyanın “Moskva görüşü”ndən sonra verdiyi açıqlamar rəsmi İrəvanın sülh prosesinə səmimi yanaşmadığını ortaya qoyur.
Dnya münaqişənin sülh yoli ilə həllinə çağırışlar etdiyi vaxtda Nikol Paşinyan beynəlxalq birliyi separatçı rejiminin “öz müqəddəratını təyin etmə haqqı”nı tanımağa çağırıb.
Nikol Paşinyanın bu açıqlaması “Qarabağ Ermənistandır!” avatürasının başqa formada təkrarıdır. Bu isə sülh danışıqlarına ziddir. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Beynəlxalq hüquqa görə Ermənistan Azərbaycanın ərazilərini işğal edib. Bu BMT-nin qətnamələrində əks olunub. Münaqişənin sülh yolu ilə həllində vasitəçi rolunu oynayan ATƏT-in Minsk Qrupu da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Minsk Qrupunun həmsədr ölkələrindən biri də Ermənistan müttəfiqi Rusiyadır. Moskva Dağlıq Qarabağ məsələsində İrəvana hər cür dəstək versə də, bu ərazilərin Ermənistana aid olduğunu açıq şəkildə bəyan etmir.
Paşinyanın “Moskva görüşü”ndən sonra yenə də bu cür mövqe sərgiləməsi münaqişənin sülh yolu ilə həllinə inamı azaldır.
Digər tərəfdən, Ermənistanın Baş naziri dünya xalqlarına müraciət edib. Onun fikrincə, dünya ölkələrinin siyasi rəhbrəliyi separatçı rejimi tanımaqdan imtina edərsə, bunu xalqlar həyata keçirə bilər. Baş nazirin bu fikri əslində sepratizmi dünya miqyasına daşımaq məqsədi daşıyır.
Cənubi Qafqazda gərginlik mənbəyi olan Ermənistan indi də dünyada destablizasiyanın əsasını qoymağa çalışır.
Belə bir ölkə ilə danışıqların aparılmasının mümkün olmadığını artıq dünya da başa düşməlidir.