Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada görüşüb.
Rusiya KİV-i xəbər verir ki, Sergey Lavrov görüşün mətbuat üçün açıq olan hissəsində Qarabağdakı atəşkəs rejimi barədə danışıb.
“Bakı və Yerevanla müxtəlif istiqamətlər, o cümlədən hərbi kanallar vasitəsilə saxlanılan əlaqə atəşkəs rejimini saxlamağa imkan verir. Amma atəşkəs rejiminə tam mənada riayət olunmur” - deyə Lavrov deyib.
Erməni nazir isə atəşkəs rejiminin əldə olunmasına görə, Lavrova və prezident Putinə təşəkkürlərini çatdırıb.
Rəsmi çıxışdan sonra görüş bağlı qapılar arxasında davam edib.
Modern.az