Türkiyə prezidentinin sözçüsü: “Azərbaycanın yanında olacağıq”

SİYASƏT
14:08 / 14.10.2020
1018

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində Türkiyə ilə Azərbaycanın tək millət, iki dövlət olmasını bir daha vurğulayıb.

Onun sözlərinə görə, Türkiyənin Azərbaycanı dəstəkləməsi normaldır:

“Bizim Azərbaycanla illərdir hərbi müqavilələrimiz var. Bir çox azərbaycanlı hərbçilər Türkiyədə təhsillərini davam etdirirlər”.

O qeyd edib ki, Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib və buna davam edəcək:

“Türkiyə bütün qurumları ilə Azərbaycanın yanında olacaq. Qərb dövlətləri bunu anlamalıdır”.

0