Azərbaycan sülh üçün ərazilərin qaytarılmasını tələb etdi - Paşinyan

SİYASƏT
15:00 / 14.10.2020
1870

“Bakı bizdən 7 rayondan 5-ni qaytarmağı, qalan rayonların qaytarılması qrafikini təqdim etməyi və Qarabağın istənilən statusunun Azərbaycanın tərkibində qeydə alınmasını tələb etdi”.

“Sputnik-Ermənistan”ın məlumatına görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı deyib.

O, Azərbaycan sülh üçün ərazilərin qaytarılmasını tələb etdiyini qeyd edib.

“Bizim hakimiyyət məsələnin bu şəkildə müzakirəsindən imtina etdi”, - deyə N.Paşinyan bildirib.

4
oxu.az