Xocalıya qoyulan qondarma ad ermənilərin özləri tərəfindən qəbul olunmur - Rusiyalı jurnalist

SİYASƏT
22:00 / 14.10.2020
2399

Rusiyanın “Kommersant” qəzetinin müxbirləri cəbhə bölgəsində Azərbaycan və Ermənistan tərəfindən reportaj hazırlayıb.

İşğal olunmuş Xankəndində olan jurnalist Aleksandr Çernıx Ağdərə istiqamətinə heç bir sürücünün getmək istəmədiyini yazıb.

Müxbir qeyd edib ki, yerki sakinlər Xankəndinə Stepanakert, Ağdərəyə Martakert adlandırsa da, işğaldan sonra adı İvanyan olaraq dəyişdirilmiş Xocalını hələ də öz adı ilə adlandırırlar.

Uzun axtarışlardan sonra Ağdərəyə getməyə razı olan sürücü mövcud vəziyyətdən şikayət etməyə başlayıb. Dörd müharibə gördüyünü deyən sürücü indiki vəziyyətin daha ağır olduğunu bildirib.

Yol boyunca müxbir sıradan çıxarılmış hərbi texnika gördüyünü deyib. Ağdərənin girişində blok-postda dayanan əsgərlər şəhərə dolayı yollarla daxil olmağı tövsiyə edib. Çernıx orda olan texnikanın çox köhnə olduğunu və sanki birini Qarabağ müharibəsindən qaldığını qeyd edir.

0
Virtualaz.org