Türkiyənin Xarici İşlər naziri Movlud Çavuşoğlu qardaş ölkənin bundan sonra da Azərbaycana dəstək verəcəyini açıqlayıb.
Türkiyə mətbuatı xəbər verir ki, Çavuşğolu növbəti dəfə Azərbaycanın haqq savaşından danışıb.
Nazir deyib ki, Türkiyə Azərbaycanla həmrəylik nümayiş etdirir.
«Türkiyə olaraq Azərbaycanın haqq mübarizəsində hər zaman yanında olmuşuq. Bundan sonra da Azərbaycana dəstəyimizi davam etdirəcəyik», — nazir çıxışını belə yekunlaşıdırıb.
Virtualaz.org