Dağlıq Qarabağda gedən döyüşlərdə ağır itkilər verən Ermənistan tərəfi hər ötən gün ölü və yaralı sayını etiraf etməyə başlayıb.
Ermənistan xəbər saytlarından biri ağır yaralı olan hərbçi barədə məqalə hazırlayıb. Diqqət çəkən məqam isə odur ki, bir ayağını itirən Norayr Zaxaryan adlı erməni hərbçisi Aprel döyüşlərinin də iştirakçısı olub.
Belə ki, 2016-cı ildə salamat qalmağı bacaran Zaxaryan bu dəfə ordumuzun hədəfindən yayına bilməyib.
“İki gün əvvəl döyüşlərdə həyatımı qurtaran əsgər yoldaşım mənimlə bərabər yaralandı. Orduya könüllü yazılmış digər dostum isə öldü”, - o bildirib.
Qeyd edək ki, Ermənistan rəsmiləri ordumuzun məhv etdiyi erməni əsgərləri haqqında dəqiq məlumatlar verməsə də, yerli mətbuat və sosial şəbəkələr hər gün bu kimi paylaşımlarla itkilərin daha çox olduğunu üzə çıxarır.