Erməni kişilərə Qarabağı tərk etmək qadağan olundu

SİYASƏT
13:30 / 15.10.2020
1249

Qarabağda yaşayan və çağırış yaşında olan şəxslərə bölgəni tərk etmək qadağan olunub.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə qondaerma rejimin rəhbəri Araik Arutunyan qərar verib.

“Qarabağdan çağırış yaşında olan şəxslərin bölgəni tərk etməsi qadağan olunur. İcazə yalnız xüsusi hallarda, komendant tərəfindən verilən xüsusi icazə əsasında verilə bilər”- deyə açıqlamada deyilir.

Qərar Qarabağda nəqliyyat vasitələrinin hərəkərində də məhdudiyyətlər nəzərdə tutur.

2
Modern.az